Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski müharibədə həlak olan ukraynalı və rusiyalı hərbçilərin sayını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə müharibədə həlak olan hərbçilərinin sayını açıqlayıb.

Ukrayna Prezidenti mətbuat konfransında bildirib ki, müharibədə 31 min ukraynalı hərbçi həlak olub.

"Rusiya ordusu isə 180 min nəfər hərbçi itirib", - o əlavə edib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna bu müharibədə uduzmayacaq, başqa alternativ yoxdur.