Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Zəfər” Partiyası ikinci turda namizədini açıqladı - Kılıçdaroğlu

Türkiyədə müxalif “Zəfər” Partiyasının sədri Ümit Özdağ prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəklərini açıqlayıb.

O, bu barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə mayın 24-də keçirdiyi birgə mətbuat konfransında deyib.

Ü.Özdağ prezident seçkilərinin ikinci turunda K.Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib.

O, tərəfdarlarını “Millət İttifaqı”nın namizədinə səs verməyə çağırıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcək.