Zatulin Vardanyanın müdafiəsinə qalxdı, Bakını, İrəvanı və... Moskvanı ittiham etdi
24 Fevral 2023
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Xankəndidəki qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın istefasını Azərbaycan tərəfinin təzyiqi ilə əlaqələndirib.
Pressklub.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Zatulin bu hadisəni “ilk növbədə Azərbaycanın təkcə Ruben Vardanyana və Dağlıq Qarabağa deyil, həm də Vardanyanı müdafiə etməyən Ermənistana təzyiqlərin nəticəsi” kimi qiymətləndirb. “Çox təəssüf edirəm, çünki Vardanyan amili həm də Dağlıq Qarabağın əziyyət çəkən əhalisi üçün onların tərk edilməyəcəyinə ümid kimi vacib idi”, - Zatulin deyib.
Duma təmsilçisi Rusiyanın da bu məsələdəki mövqeyini tənqid edib: “Burada Rusiya Federasiyasını da qınamağa dəyər. Bizə dəfələrlə müraciət etdilər ki, Vardanyanı oradan götürək, çıxıb getməyə məcbur edək. Azərbaycan tərəfi ilə mübahisə etmək istəmədik, əl-qolumuzu belə yuduq Ponti Pilat kimi yaxamızı qırağa çəkdik.
Bu tələb əslində yarımrəsmi xarakter daşıyırdı. Düşünürəm ki, indi bütün baş verənlərdən sonra bunun həqiqətən də doğru olub-olmadığını, Laçın dəhlizinin açılıb-açılmayacağını görəcəyik.