Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənipərəst konqresmen Frenk Palloun Bakıya gəlib

"Amerikanın bu mübarizədə iştirak etməkdə davam etdiyini, öhdəliklərimizdən və müttəfiqlərimizdən imtina etməyəcəyimizi nümayiş etdirmək üçün COP29 iqlim konfransında iştirakı səbrsizliklə gözləyirəm". Bu barədə ABŞ-ın ən fəal ermənipərəst siyasətçilərindən biri olan konqresmen Frank Palloun noyabrın 16-da səhər saatlarında X platformasındakı hesabında yazıb.

Bu gün günorta o, Bakıya gəlib və Amerikanın COP29-dakı nümayəndə heyətinə qoşulub.

Energetika və ticarət Komitəsinin üzvü kiçik Frenk Palloun (D-NJ) bir müddət əvvəl prezident Trampın Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən yenidən çıxarmaq planlarını pisləyib.

"Amerikanın iqlim sahəsində qlobal lider rolundan imtina etməklə Tramp düşmənlərimizin və rəqiblərimizin bizim özümüzdən sonra qoyacağımız boşluğu doldurmasına imkan verəcək. Amerikanın hələ də bu mübarizədə iştirak etdiyini və nə öhdəliklərimizdən, nə də müttəfiqlərimizdən imtina etmədiyimizi nümayiş etdirmək üçün Tərəflər Konfransında iştirakımı heç vaxt olmadığı qədər səbrsizliklə gözləyirəm. Demokratlar Tramp administrasiyasının ağ təslim bayrağını dalğalandırmasına sadəcə olaraq imkan verməyəcəklər", deyə o bildirib.