Yurgen Kloppdan alicənab addım - Ramazana görə məşq prosesini dəyişib
28 Aprel 2022
İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp aprel ayı üçün məşq prosesini dəyişib.
"Daily Mail" nəşri xəbər verir ki, almaniyalı mütəxəssis Ramazan ayında oruc tutan müsəlman oyunçulara görə bu addımı atıb.
Kloppu məşq cədvəlini dəyişməyə komandanın kapitanı Cordan Henderson razı salıb. O, sıx qrafiklə bağlı futbolçuların müəyyən çətinliklərlə üzləşdiyini bildirib.
Qeyd edək ki, "Liverpul"un müsəlman futbolçuları Sadio Mane, Məhəmməd Salah, İbrahima Konate və Nabi Keytadır.