Yoldaş Dadaşov niyə cəzasız qaldı? – AKTUAL ŞƏRH
28 Aprel 2022
Aprelin 25-də Bakıda baş verən bir hadisə gündəmi qısa müddətə olsa da dəyişdi. Sosial şəbəkələrdə sürətlə tirajlanan görüntülərdə "Lexus" markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün ona yol verməyən moped sürücüsünü əvvəlcə maşınla sıxaraq xəsarət yetirdiyi, daha sonra maşından düşərək ona qarşı təhqiredici ifadələr işlətdiyi, fiziki güc nümayiş etdirdiyi görünür. Az sonra məlum oldu ki, bahalı "Lexus" sahibi Prezident Administrasiyasının (PA) təminat sektorunun keçmiş müdiri, hazırda bu sektorda vəzifə tutan Sultan Dadaşovdur. Həmin şəxs yerli saytların birinə verdiyi açıqlamada, zorakılıq əməlini törədərkən “təzyiqinin yüksəldiyini, özündə olmadığını, nə qərar verilərsə, ona hazır olduğunu” deyib. Amma təhqir etdiyi moped sürücüsündən, ictimaiyyətdən üzr istəməyib.
Bu cür hallarda Sultan Dadaşovun Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ənənəvi üzristətmə videosunun yayılacağı gözlənsə də bu, baş vermədi. Əksinə, DİN agentliklərdən birinin həmin vəzifəli şəxsin 25 sutka inzibati həbs edildiyi barədə xəbərini dərhal təkzib etdi. Nazirlikdən verilən açıqlamada qeyd olunur ki, hadisə ilə bağlı araşdırma aparılır. Amma 3 gün ərzində ictimaiyyətə hər hansı açıqlama verilməyib.
Bəs hüquqşünaslar Sultan Dadaşovun törətdiyi əməl, onu nümayişkaranə şəkildə cəzasız qoyan DİN-in mövqeyi haqqında nə düşünürlər?
Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirdi ki, yayılan videoda Sultan Dadaşovun əməlində həm inzibati xətanın, həm də cinayət əməli kimi tövsif edilə biləcək qanun pozuntularının olduğu görünür: "Belə ki, o, yolun hərəkət hissəsində avtomobilini saxlayıb, onu tərk edərək geriyə, moped sürücüsünə tərəf hərəkət edir və bununla da yolun hərəkət istiqamətində qəza vəziyyəti yaradaraq, nəqliyyatın normal hərəkətini pozur. Bu əməllər, müvafiq olaraq, İnzibati Xətalar Məcəlləsinin 327-ci, 342-ci və 354-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyyət yaradır. Bununla yanaşı, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, moped sürücüsünü hamının gözü qarşısında söyərək, ona fiziki güc tətbiq edir".
H.Həsənov hesab edir ki, məmurun bu hərəkətləri xuliqanlıq əməlidir və Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məsuliyyət yaradır. "Ona görə də hesab edirəm ki, onun hər iki hərəkətinə düzgün hüquqi qiymət verilməli və S. Dadaşov törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda o, dövlət qulluqçusu hesab olunursa, burada onun dövlət qulluqçusu kimi etik-davranış qaydalarını pozmasına görə də, barəsində intizam tədbiri görülə bilər",-hüquqşünas vurğulayıb.
Hüquqşünas, ekspert Ələsgər Məmmədli də Pressklub.az-a şərhində bildirdi ki, həmin hadisədə cinayətdən daha çox ilkin mərhələdə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş döymə əməli var: "Bu əmələ görə konkret olaraq inzibati həbs nəzərdə tutulub. Bu ayrı məsələdir ki, S.Dadaşov barəsində nə inzibati tədbir görülüb, nə də cinayət işi açılıb. Əgər həmin "Lexus" sürücüsü maşınla moped sürücüsünün ayağının üstündən keçibsə, bununla bağlı qəsdən bədənə yüngül zərər vurmaq maddəsi ilə cinayət işi açıla bilərdi. Bütün hallarda, iş ciddi şəkildə hüquqi qiymətləndirmə mövzusudur".
Ə.Məmmədli xatırladır ki, bu cür hallarda DİN adətən qanunu pozan şəxslərin üzr videosunu çəkib yayır, məhkəmə də inzibati həbs tədbiri görürdü. "Burada əməli törədən dövlət məmuru olduğu üçün onun "toxunulmazlığı" var. O, qanunlardan üstündür, ümumiyyətlə, belə çıxır ki, qanunlar PA-da işləyənlərdən aşağı səviyyədədir", - hüquqşünas vurğulayıb.
Turqut