İstanbulda 34 nəfər saxta içkidən zəhərlənərək ölüb
15 Yanvar 2025
Türkiyənin İstanbul şəhərində saxta spirtli içkilər 15 gündə 34 nəfərin ölümünə səbəb olub.
Bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 1-dən şəhərdə saxta spirtli içkilərin istifadəsi səbəbindən 34 nəfər həyatını itirib.
Məlumata görə, İstanbulda saxta spirtli içkilərin istifadəsi səbəbindən zəhərlənmə hallarında ciddi artım var. Son 48 saatda spirtli içkilərdən ümumilikdə 66 zəhərlənmə hadisəsi baş verib, zəhərlənənlərin 23-ü olub. Digər zərərçəkənlərin müalicəsi davam etdirilir.
Müalicəsi başa çatan 3 nəfər evə buraxılıb.