Yevlaxda dəhşətli qətl: Rayon xəstəxanasının şöbə müdiri 20 bıçaq zərbəsi ilə öldürüldü - FOTO
11 Yanvar 2023
Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri qətlə yetirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, xəstəxananın Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov dünən axşam saatlarında bıçaqlanıb. Hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.
İlkin məlumata görə, Bəyaz Cəbbarov Yevlax şəhər Əhmədağa Baxşıyev küçəsində olan mənzilində qətlə yetirilib. O, 20-dən çox bıçaq zərbələri alıb. Hadisənin başvermə səbəbləri isə hələ ki məlum deyil.
Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.