Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yevgeni Priqojinin təyyarəsi havada vuruldu - "Vaqner" rəhbərinin öldüyü bildirilir - VİDEO

Rusiyanın Tver vilayətində “Embraer” təyyarəsi qəzaya uğrayıb. Təyyarə “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olub.

"Baza" teleqram kanalının yaydığı məlumata görə, Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş.

Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilotun həyatını itirdiyini açıqlayıb. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.

Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) xəbər verir ki, qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

"Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var" - deyə, məlumatda vurğulanıb. Bundan əlavə, Priqojinin müavini - "Vaqner" ləqəbli Dmitri Utkin də təyyarədə olub. Qeyd edilir ki, "Vaqner" qruplaşmasnın qiyamı zamanı Moskvaya gedən dəstəyə Utkin rəhbərlik edib.

Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq dörd nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.