Yetmiş faizə yaxın! Qazaxıstanda referendum baş tutmuş sayılıb
06 İyun 2022
Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum baş tutmuş hesab edilib.
Səsvermədə iştirak edənlərin sayı zəruri olan 50 faiz həddini ötüb.
Mərkəzi referendum komissiyasının məlumatına görə, ölkə üzrə bütün məntəqələr bağlanarkən 68,44 faiz seçici fəallığı qeydə alınıb. Referendumun ilkin nəticələri gecə saatlarında yerli telekanallar ekzitpolun məlumatlarını elan etdikdən sonra məlum olacaq.
Ölkə qanunvericiliyinə əsasən, Mərkəzi referendum komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.
Qeyd edək ki, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Prezident Kasım-Jomart Tokayev aprelin 29-da Qazaxıstan xalqları assambleyasının sessiyasında irəli sürüb. Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.