Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran razılaşma bağlamalıdır, əks halda çox gec olacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp İranın təcili olaraq razılaşma bağlamalı olduğunu bildirib və ləngimə halında ola biləcək ağır nəticələr barədə xəbərdarlıq edib.

Bu barədə o, "Truth Social"da yazıb.

"İrandakı ən böyük körpü dağılır və bir daha heç vaxt istifadə olunmayacaq - irəlidə bundan da çoxu olacaq! İran gec olmadan və böyük ölkəyə çevrilə biləcək dövlətdən heç nə qalmamışkən razılaşma bağlamalıdır!", - o deyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb