Yerevanda müxalifət fəalları polislə toqquşub
30 May 2022
Ermənistan paytaxtı Yerevanda müxalifət tərəfdarları polislə toqquşub. Fəallar hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana güzəştə hazır olmaqda suçlayırlar.
AzadlıqRadiosunun Ermənistan xidmətinin yaydığı videoda polislə etirazçılar arasında zorakı toqquşmaların baş verdiyi görünür. Bundan öncə isə nümayişçilərin böyük bir qrupu Yerevanın mərkəzində polis kordonunu yarmağa cəhd ediblər.
111 etirazçı saxlanıb
Polisin məlumatına görə, iki əməkdaşı xəstəxanaya yerləşdirilib, 111 etirazçı saxlanıb. Müxalifət liderləri bir neçə etirazçının xəsarət aldığını deyirlər. Ancaq AzadlıqRadiosu bu iddiaları müstəqil təsdiqlədə bilməyib.
Müxalifət fəalları bir neçə həftədir Baş nazir Nikol Paşinyanın istefası tələbiylə yürüşlər keçirir, onu Azərbaycanla danışıqları düzgün idarə etməməkdə suçlayır.
Paşinyan aprelin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevlə münaqişənin həlli üçün sülh sazişi hazırlamağa razılaşandan sonra tənqidlə üzləşib. Tərəflər ötən həftəki görüşdən sonra birgə sərhəd komissiyası yaradıblar.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Ancaq Qarabağda təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib, üstəlik, iki ölkənin sərhədləri də müəyyənləşdirilməyib.
Dövlət qurumlarının mövqeyini öyrənəcəklər
Parlamentin spiker müavini, müxalifət lideri İşxan Sağatelyan hökumət işçilərini “ölkəni dağıtmaqda” əlbir kimi görünməmək üçün özlərini Paşinyandan kənar tutmağa çağırıb.
“Ermənistan” fraksiyasının üzvü Sağatelyan yürüşdə deyib ki, növbəti dörd gün ərzində nümayişçilər dövlət qurumları qarşısında yığışacaq, müxalifətin mayın 28-də qəbul etdiyi sənədə onların mövqeyini müəyyənləşdirəcəklər.
Sənəddə Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ bəyan edilir.
Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü 5 elementdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasını nəzərdə tutur. Ermənistan isə sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini də daxil edib. (Azadlıq Radiosu)