Yerevan Qafanda konsulluq açmaq istəyən Moskvanı məyus edir
20 İyun 2023
Rusiya Ermənistanın Syunik vilayətinin Qafan şəhərində konsulluq açmaq istəyir.
Bunu iyunun 19-da parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Kostanyanın sözlərinə görə, bu məsələ müzakirə olunur və Rusiyanın Yerevandakı səfirliyi Qafanda konsulluq açmaq zərurətini izah etməlidir:
“Biz beynəlxalq partnyorlarımızın vəziyyətlə yerində tanış olmaq məqsədilə Syunikdə diplomatik nümayəndəliyə malik olmaq istəyini və marağını alqışlayırıq”.
Ötən ilin oktyabrında Qafanda İranın konsulluğu açılıb. Açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iştirak etmişdi.
Vaan Kostanyan brifinqdə başqa məsələlərdən də danışıb.
O bildirib ki, Yerevan Azərbaycan və Naxçıvan arasındakı nəqliyyat kommunikasiyasına Rusiya sərhədçiləri yox, Ermənistan sərhədçiləri nəzarət etməlidirlər:
“9 noyabr bəyanatında və Rusiya prezidentinin imzaladığı sonrakı fərmanda Rusiya FTX-nin nəzarət yox, monitorinq funksiyasından daha çox söhbət gedir.”
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun sualına cavab verən nazir müavini deyib ki, kommunikasiyaların blokdan çıxarılması məsələsi hazırda müzakirə mərhələsindədir.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk da iyunun 19-da etiraf edib ki, kommunikasiyaların açılmasında hələ də həll olunmamış məsələ Syunikdən keçən yollarda adamların təhlükəsizliyinin kimin təmin edəcəyidir.
“Azərbaycan və Naxçıvan arasındakı dəmir yolu bu il istismara veriləcəkmi” sualına Kostanyan belə cavab verib:
“Ermənistan, kommunikasiyaların açılmasında maraqlıdır və bu prosesi irəlilətməyə hazırdır. O cümlədən dəmir yolunun açılmasında. Elə ki, suverenlik və yurisdiksiya prinsipləri barədə razılaşma əldə olundu, biz irəliləməyə hazır olacağıq”.
Kostanyan bu məsələdə hələ də razılaşma olmadığına dair suala cavab verərkən deyib ki, belə bir razılaşma əldə olunanda məlumat veriləcək.
Nazir müavini bir daha vurğulayıb ki, Ermənistan üçün prinsipial məsələ təhlükəsizlik və blokdan çıxarmanın Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində olmasıdır.
Baş nazir müavinlərinin son üçtərəfli görüşündə Ermənistan bildirmişdi ki, Ermənistanın ərazisindən keçən yollarda sərhəd keşiyi xidmətini Ermənistan sərhədçiləri həyata keçirəcəklər.
Azatutyun yazır ki, Bakı Ermənistan ərazisindən keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarət etməsində təkid edir.
Azərbaycan tərəfi bu barədə ayrıca açıqlama verməyib.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Yolların açılmasında razılaşma yoxdur

Ermənistan üçün prinsipial məsələ

Xatırlatma