“Putin Vardanyanı niyə istəsin ki?...”
Ekspertlər Ermənistan mediasının yazdıqlarına skeptik yanaşırlar
31 Oktyabr 2024
Oktyabrın 24-də Kazanda İlham Əliyev və Nikol Paşinyan arasında görüşün təfərrüatları barədə yeni məlumatlar yayılır. Ermənistan mediasında yayılan məlumata əsasən, XİN rəhbərlərinin də iştirak etdiyi görüşdə Bakıda həbsdə olan separatçılardan söz açılıb.
“Hraparak” nəşri yazır ki, Mirzoyan bu barədə ötən cümə günü iqtidar partiyanın qapalı iclasında deputatlara deyib. O, İlham Əliyevlə görüşdə COP29-da iştirak etmələri müqabilində əsir götürülmüş hərbçilərdən bir neçəsini geri qaytarmağı təklif edib. Nazir bunun müqabilində tədbirdə iştirak etmək üçün şəxsən Bakıya gedəcəyinə zəmanət verib.
Guya İlham Əliyev Paşinyana niyə Ruben Vardanyanı tələb etmədikləri barədə sual verib, Paşinyan isə cavabında "Çünki mən bilirəm ki, verməyəcəksiniz", - deyib.
"Əvəzində başqa ölkə onu istəyir. Rusiya Prezidenti Vladimir Putin tələb edir", - nşrin iddiasına görə., Azərbaycan Prezidenti deyib.
Maraqlıdır, Vardanyan Rusiya-Ukrayna müharibəsi başlayan dövrdə Rusiya vətəndaşlığından imtina edib. Bəs belə olduğu təqdirdə, Putinin Vardanyanı istəməsində maraq nə ola bilər? Ümumiyyətlə, Mirzoyanın dediyi bu sözlər və ya erməni KİV-də yayılan bu xəbər nə dərəcədə doğru ola bilər?
Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, bununla bağlı məlumat çox azdır və tam dəqiq nəsə demək olmur, amma Mirzoyanın sözləri həqiqətdirsə, orada hərbçilərdən bir neçəsini geri qaytarmağı təklif edib: "Bizdə həbsdə iki qrup insan var. Birinci qrup separatist rejimi idarə edənlərdir. Araik Arutunyan və Ruben Vardanyan bu qrupa daxildir. Bunlar isə hərbçi və ya hərbi əsirlər deyil. Onlar Azərbaycanda açılan cinayət işi ilə bağlı həbs olunublar. Hazırda istintaq gedir. Məhkəmə prosesi isə uzun çəkməyəcək, COP29-dan sonra bu proses başlayacaq. Mirzoyan da hərbçiləri istəyirsə, söhbət separatçı rejimin rəhbərlərindən yox, anti-terror əməliyyatından sonra əsir düşən hərbçilərdən gedir. Ola bilər, onların içərisində Azərbaycana qarşı cinayətlərdə əli olan erməni hərbçilərinə də cinayət işi açılıb və məhkəmələri olacaq. Belə danışıqlar isə qapalı formada aparıla bilər".
Ekspert deyir ki, prosedura görə, Vardanyanı, Arutunyanı və digər separatçıları Azərbaycan məhkəmə keçirəndən və onlara hansısa iş kəsiləndən sonra, Prezident hansısa məsələdə onlar barəsində əfv imzalayıb, onları təhvil verə bilər. Amma kimə? Onların hamısı Ermənistan vətəndaşıdır. Deməli, Azərbaycan onları Rusiyaya yox, Ermənistana ekstradisiya edə bilər. Beynəlxalq praktikada bu hallar olub. Amma məsələ ondadır ki, Ermənistan rəhbərliyi özü bu şəxsləri götürmək istəməyəcək, çünki hazırda Qarabağdan çıxan ermənilərin liderləri olmadığına görə, separatçı rejimin liderləri İrəvana getsə, hazırkı hakimiyyətə qarşı etiraz edənlərlə birləşə bilərlər. Ona görə də rəsmi İrəvan istəməz ki, bu adamlar yaxın zamanlarda Ermənistana gəlsin.
"Putinin Azərbaycandan Ruben Vardanyanı istəməsi məlumatı isə mənə real gəlmir. Çünki bu barədə Putin birbaşa İlham Əliyev ilə danışmalı idi. Ermənilərin isə bu məsələ ilə bağlı heç bir xəbəri olmamalı idi. Bu təklif və ya xahiş çox qapalı formada həyata keçirilməli idi ki, rəsmi İrəvan bundan xəbər tutmasın. Ümumiyyətlə, Putinin Vardanyanı istəməyə əsası da yoxdur. Çünki Vardanyan vaxtı ilə Rusiya vətəndaşlığından imtina edib, Ermənistana köçdü. Çox güman ki, öz sərvətini də Rusiyadan hansısa formadan çıxara bilib. Bu da inandırıcı deyil ki, Putin Paşinyana məlumat versin ki, Ruben Vardanyanı çıxarmaq istəyir. Rusiya Vardanyanı çıxarmaq istəsəydi, Qarabağda olduğu dövrdə sülhməramlılar gizli çıxara bilərdi. Bəlkə də cəhd ediblər, amma Azərbaycan rəhbərliyi Vardanyanı axtardığı üçün ruslar müqavimət göstərmədi. Həmin vaxt onu xilas etməyiblərsə, indi də etməyəcəklər. Gələcəkdə - məhkəmə olduqdan sonra, hansısa üçüncü ölkəyə də təhvil verilə bilər. İstintaq bitməyənə qədər isə onlar heç kimə təhvil verilməyəcək", - deyə, A.İsazadə bildirdi.
Digər müsahibimiz, hüquqşünas Fuad Ağayev isə deyir ki, Mirzoyanın səmimilik dərəcəsi məlum deyil. Çünki Vardanyan Rusiya vətəndaşlığından çıxmışdı. Bu barədə müvafiq qərar da mövcud idi: "O, Rusiya vətəndaşı deyil. Belə olduğu təqdirdə, Putin onu nəyin əsasında istəyir? Və o nəyin əsasında Rusiyaya təhvil verilə bilər? Belə bir hüquqi əsas yoxdur. Vardanyanın yaxın müddətdə hansısa dövlətə təhvil veriləcəyini düşünmürəm. Ermənistanın Qarabağdakı siyasətini həyata keçirən oyuncaq qurumun keçmiş rəhbərlərinin də verilməsi ehtimalı sıfıra yaxındır".
F.Ağayev qeyd edir ki, məhkum olunmuş digər şəxslərə gəldikdə, onların verilməsi yalnız Prezidentin qərarı əsasında mümkündür. Yəni bunun üçün müvafiq əsas olmalıdır. Aydındr ki, Ermənistan bununla bağlı rəsmi müraciət etsə, bu məsələ nəzərə alına bilər.
Burla