Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Yeni heç nə yoxdur" - Putinin Federal Məclisə müraciəti analiz edilib

"Yeni və vacib heç nə yoxdur".

Pressklub.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətini analiz edən Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) belə bir qiymətləndirmə ilə çıxış edib.

Xəbərdə Putinin Ukrayna müharibəsi ilə bağlı heç bir mühüm açıqlama vermədiyi, heç bir yenilik olmadığı bildirilir. "Hətta Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsindən çıxması ilə bağlı ritorika da yeni deyil", - analitiklər qeyd edirlər.

Onlar vurğulayıblar ki, Putin bu hadisələrdən yeni məqsədlər və onlara nail olmaq üçün vasitələr formalaşdırmaq üçün istifadə edə bilərdi. Məsələn, qismən səfərbərliyin növbəti rəsmi dalğasını elan etmək, “xüsusi hərbi əməliyyatı” müharibə adlandırmaq və ya Rusiyanın müdafiə sənayesi bazasının səfərbər edilməsi üçün əlavə addımlar atmaq. Lakin o, bunların heç birini etməyib.

“Ən çox diqqət onun Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırması ilə bağlı bəyanatına yönəldilib. Ola bilsin ki, Putin bu açıqlamanı nüvə ritorikasını informasiya məkanına qaytarmaq üçün edib və bununla da diqqəti nitqinin qalan hissəsinin ümumi məzmunsuzluğundan yayındırıb”, - ekspertlər güman edirlər edirlər.