Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yenə dünyada "№ 1" - Mask zirvəyə qayıtdı

Bir müddət əvvəl varidatı 300 milyard dollara çatan, sonra isə sürətlə "kasıblayan" İlon Mask yenidən pul qazanmağa başlayıb.

Pressklub.az “Bloomberg”ə istinadən xəbər verir ki, ,"Twitter", “Tesla” və “SpaceX” kimi şirkətlərinin rəhbəri yenə dünyanın ən varlı adamı adına yiyələnib.

Agentliyin məlumatına görə, Maskın sərvəti 187,1 milyard dollar qiymətləndirilir.

Mask sərvəti 185,3 milyard dollar olan LVMH (Louis Vuitton Moet Hennessy, "Louis Vuitton - Moet - Hennessy") şirkətlər qrupunun prezidenti Bernard Arnonu keçərək, yenidən planetin ən varlı adamı adını qazanıb.

Agentlik qeyd edib ki, Maskın aktivləri onun “Tesla” şirkətinin səhmlərinin qiymətinin təxminən 70% artması hesabına çoxalıb. Şirkətin elektriklə işləyən avtomobillərinə qiymətləri endirdikdən sonra tələbin artması da milyarderin sərvətinin artmasına səbəb olub.