Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xüsusi karantin rejiminin müddəti uzadıldı, sərhədlər açılmadı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Pressklub.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb. Bu, quru sərhədlərin daha 3 ay bağlı qalacağı deməkdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını elan edib. Buna baxmayaraq Azərbaycan hökuməti hələ də xüsusi karantin rejimi elan edərək, sərhədləri bağlı saxlayır.