Xoşbəxt insanlar - Onlar cəmi 4 gün işləyəcəklər
16 Fevral 2022
Belçika hakimiyyəti işçilərin işəgötürənlərdən onları dörd günlük iş həftəsinə keçirmək tələbini nəzərdə tutan qanunu təsdiq edib.
Qanuna əsasən, şirkətlər işçilərin qısaldılmış iş həftəsi ilə bağlı müraciətlərindən imtina edə bilər. Lakin bunun üçün yazılı əsaslandırma təqdim edilməlidir.
Belçikanın Baş naziri Aleksandr de Kros izah edib ki, dördgünlük iş həftəsinə keçid işçilərə və şirkətlərə iş vaxtının təşkilində daha çox sərbəstlik verəcək.
Qey edək ki, dörd günlük iş həftəsinin tətbiqi Belçikada əmək islahatlarının bir hissəsidir. Bunun sayəsində ölkə hökuməti əmək bazarında vəziyyəti yaxşılaşdırmağı planlaşdırır. Belə ki, Avrostatın məlumatına görə, 20-64 yaş arasında olan hər 100 belçikalıdan təxminən 71-nin daimi iş yeri var. Bu isə Aİ üzrə orta göstəricidən (100 nəfərdən 73 nəfər) azdır. (Oxu.az)