Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN təkzib etdi: Ermənistanda mülki işçilərin hədəfə alınması iddiaları yalandır

“Ermənistanda tikiləcək metal əritmə zavodunda mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız iddiaları rədd edirik”.

Pressklub.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

“Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və zavodun mənfi transsərhəd təsirinə yayındırmaq üçün növbəti uydurmasıdır”, - Ayxan Hacızadə qeyd edib.