Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN İrəvanda Azərbaycan bayrağının yandırılmasını pisləyib: “Günahkarlar cəzalandırılmalıdır!”

“Ermənistanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Pressklub.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə tvitterdə bildirib.

“Bu cür nifrət hərəkətinə qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!” - diplomat vurğulayıb.