Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN-dən Beynəlxalq Olimpiya Komitəsinə çağırış

Xarici İşlər Nazirliyi İrəvanda Azərbaycan bayrağının yandırılması ilə əlaqədar təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsi ilə bağlı çağırış edib.

Bu barədə Pressklub.az-a XİN-dən bildirilib.

“Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq”, - deyə məlumatda qeyd edilib.