Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xəzərdə 5.7 bal gücündə zəlzələ baş verdi - Bakıa və Abşeronda hiss edildi

Xəzər dənizində güclü zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin gücü 5,7 bala çatıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə 5,4 bal gücündə titrəyişlər olduğu barədə məlumat yayıb.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.