Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xavidən “Barselona”ya maaş tələbi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes klubdan məvacibinin artırılmasını tələb edir.

Pressklub.az xarici mətbuata istinadən xəbər verir ki, o, gələn həftə Kataloniya klubunun prezidenti Joan Laporta ilə görüşərək maaşının artırılmasını müzakirə edəcək.

Xavi buna layiq olduğuna inanır, çünki o, “Barselona” ilə İspaniya çempionluğunu vaxtından əvvəl qazanıb.

Hazırda mütəxəssis 4 milyon avro məvacib alır. Bildirilir ki, rəhbərlik Xavinin maaşının artırılmasına qarşı deyil.

Qeyd edək ki, “Barselona”nın 41 yaşlı mütəxəssislə müqaviləsi 2024-cü ilə qədər hesablanıb.