Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xaçmaz, Laçın və Cəlilabad "hərbi komissarlıqları"nda "xüsusi əməliyyatlar", saxlanılanlar var

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində əməliyyat tədbiri keçirib.

Turan-ın məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, əməliyyat zamanı şöbənin rəisi Rəhim Ağayev saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözügedən strukturunda əməliyyat keçirildiyini Turan-a təsdiq ediblər. Lakin şöbə rəisinin nədə şübhəli bilindiyini açıqlamayıblar. Baş Prokurorluğun mətbuat xidməti daha sonra ətraflı məlumat veriləcəyini bildirib.

***














Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Laçın rayon şöbələrində operativ tədbirlər keçiriblər.



Baş Prokurorluğun mətbuat xidmətindən bu faktı təsdiqləyərək qeyd ediblər ki, daha ətraflı məlumat bir qədər  sonra veriləcək.

Bununla yanaşı, qurumdan bildiriblər ki, “Sabunçu Tibb Mərkəzi”  şöbəsinin müdiri İlqar Qaracayevə qarşı cinayət işi araşdırılır.

O, çağırışçıların hərbi xidmətə yararsızlığı barədə saxta rəylərin verilməsi müqabilində 18 min manatdan çox (11000 dollar) rüşvət almaqda şübhəli bilinir.

Qaracayevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.2-ci (təkrar rüşvətxorluq), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələrlə ittiham irəli sürülüb.

Qaracayevin sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq ev dustaqlığına götürülüb.