Logo
news content
User
Kateqoriyalar

Xəbər

War Zone: ABŞ-ın iki ədəd altıncı nəsil qırıcısı var

ABŞ “Boeing” və “Lockheed Martin” korporasiyaları tərəfindən hazırlanmış iki “Next Generation Air Dominance” (NGAD) altıncı nəsil stels-qırıcı prototipinə malikdir.

Bu barədə “The War Zone” nəşri məlumat yayıb.

Bildirilib ki, F-47 markalı aparatlar artıq son beş il ərzində uçuş sınaqlarından keçiblər. Seriya istehsalı hazırkı ABŞ administrasiyasının başçısı Donald Trampın prezidentlik müddəti başa çatmadan başlaya bilər.

NGAD proqramının əsas komponenti “sadiq müşayiətçilər” rolunu oynayan pilotlu və pilotsuz uçuş aparatları, həmçinin qabaqcıl idarəetmə, rabitə və komandanlıq sistemləri ilə inteqrasiya olunacaq altıncı nəsil qırıcı olacaq. Döyüş komplektinə AIM-260 birgə təkmilləşdirilmiş taktiki raket kimi yeni silahlar və bəlkə də digər məxfi sistemlər daxil olacaq.

Yeni altıncı nəsil qırıcının 2030-cu ildən etibarən “F-22 Raptor”u əvəz etməyə başlayacağı planlaşdırılır. Layihəyə əsasən, 200 NGAD təyyarəsi və 1 000 ədəd birgə fəaliyyət göstərən pilotsuz döyüş aparatı (CCA) alınacaq, hər NGAD üçün iki CCA və 300 F-35 beşinci nəsil qırıcısının hər biri üçün iki CCA nisbəti təmin ediləcək.

Daha əvvəl Tramp elan etmişdi ki, ABŞ bir neçə ildir analoqu olmayan F-47 altıncı nəsil qırıcısını hazırlayır.

O vurğulamışdı ki, söhbət sürət, manevr qabiliyyəti, silahlanma baxımından unikal təyyarədən gedir və təyyarə sənayesi tarixində buna bənzər heç nə olmayıb. Tramp qırıcının hazırlanması üçün müqavilənin “Boeing” şirkətinə verildiyini və bunun 20 milyard dollar dəyərində qiymətləndirildiyini bildirmişdi.