Vəkil: “Bəxtiyar Hacıyevin vəziyyəti getdikcə pisləşir”
25 Yanvar 2023
İctimai fəal Bəxtiyar Hacıyev həbsdən azad edilməsi tələbilə 17-ci gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanası aclıq edir.
Yanvarın 25-də vəkillər Nemət Kərimli və Rövşanə Rəhimli təcridxanada onunla görüşüblər.
Kərimli bildirib ki, Hacıyevin vəziyyəti əvvəlki günlərlə müqayisədə daha da pisləşib. Əsasən başgicəllənmələr, halsızlıq artıb.
“Baş gicəllənməsi artdığından Bəxtiyar Hacıyev ayağa qalxanda müvazinətini itirir və az qalır yıxılsın. Təcridxana həkimi dedi ki, bu, beyinin qanla kifayət qədər təmin olunmaması ilə əlaqədar ola bilər”, - vəkil deyib.
Onun sözlərinə görə, Hacıyev MRT (maqnit rezonans tomoqrafiya) və KT (kompüter tomoqrafiya) müayinələrinin aparılması xahişilə Penitensiar Xidmətə müraciət etsə də, hələlik cavab almayıb.
Hacıyev istintaq təcridxanasının tibbi-sanitariya hissəsində saxlanılır.
Lakin vəkilin sözlərinə görə, ona keyfiyyətli tibbi xidmət göstərilmir, ancaq təzyiqini, qanda şəkərin səviyyəsini və ürək döyüntüsünü yoxlayırlar. Dəstəkləyici vasitələrin tətbiqi üçün damcı qəbulu yoxdur.
Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı apellyasiya şikayətinə baxılması yanvarın 27-nə təyin edilib.
Penitensiar xidmətdə qeyd ediblər ki, Hacıyev tibbi-sanitariya hissəsində həkim nəzarətindədir.
* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Hacıyev yenidən aclığa başlayıb. B06
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.