Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Vejnəli”də yatan 6,5 ton qızıl... - Erməni iş adamları nə qədərini daşıya bildi?

Zəngilan rayonunun “Vejnəli” yatağında ilkin kəşfiyyat və qiymətləndirmə işlərinə başlanılıb. Bu mərhələnin növbəti 6 ayda tamamlanması gözlənilir. Daha sonra, “Vejnəli” qızıl yatağında hasilata başlamaq mümkün olacaq. “Vejnəli” ehtiyatının həcminə görə seçilən yataqlardandır. Bu yataq həm də mis və digər təbii ehtiyatların istehsalına imkan verəcək.

Azərbaycan ərazilərinin bir hissəsinin uzun müddət işğal altında qalması bizim təbii resurslarımızın, o cümlədən qızıl ehtiyatlarımızın Ermənistan siyasi rəhbərliyi tərəfindən istifadə edilməsinə səbəb olub.

Ekspert Vüqar Bayramovun sözlərinə görə, Vejnəli qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur. Bu qiymətləndirmə işğaldan əvvəl, yəni keçmiş SSRİ dövründə aparılıb. Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür.

Lakin 27 illik işğal müddəti yataqların işğalçı ölkə tərəfindən istismar olunmasına, eləcə də erməni əsilli iş adamları tərəfindən bu təbii sərvətlərin mənimsənilməsinə gətirib çıxarıb.