Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqton və Kiyev rəsmilərinin F-16 qırıcıları ilə bağlı müzakirəsi

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Pressklub.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.

Tərəflər F-16-ların Ukraynaya tədarükünü, həmçinin bu qırıcıları idarə edəcək pilotların təlimini müzakirə ediblər.

A.Yermak həmsöhbətini döyüş meydanındakı son durum barədə də məlumatlandırıb.

O, verdiyi dəstəyə görə Ağ Evə minnətdarlığını bildirib.