Vaşinqton danışıqlarını Bakı təxirə salıb?
08 İyun 2023
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında gələn həftə Vaşinqtonda keçirilməli olan görüş Bakının xahişi ilə təxirə salınıb.
AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır ki, bu məlumatı Ermənistan XİN yayıb.
Ermənistan XİN-in məlumatında deyilir ki, ictimaiyyətə bu barədə təfərrüatlı məlumat veriləcək.
Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın iyunun 12-də Vaşinqtonda görüşəcəkləri bildirilmişdi.
Azərbaycanın Turan agentliyinin müxbiri iyunun 8-də ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla sözü gedən görüşün təxirə salınacağını bildirmişdi.
Mənbə bildirib ki, təxirə salınma “sırf” texniki səbəblərə görə baş verib:
“Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş əvvəlcədən planlaşdırıldığı kimi iyunun 12-də və hətta gələn həftə də keçirilməyə bilər”.
Mənbə deyib ki, söhbət sırf “logistika və qrafik” səbəblərindən gedir.
İyunun 7-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel demişdi ki, Vaşinqtonda Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunu “səbirsizliklə” gözləyirlər.
Bununla belə Patel görüşün qrafiki və dəqiq tarixi barədə məlumat verə bilməyəcəyini demişdi.
Bundan əvvəl mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilmişdi.
Tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr apardığı deyilirdi.
Həmin görüşün yekunlarına dair ABŞ tərəfinin məlumatında deyilirdi ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər:
“Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.”
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bundan əvvəl Vaşinqtonda

Xatırlatma