Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vardanyan, ardınca da Paşinyan - Ermənistan baş naziri "qara siyahı"da - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyana “Sülhməramlı” Mərkəzin (Миротворец) sanksiya bazasına daxil edilib.

Onun adı Ukrayna məlumat bazasında Rusiya təcavüzünün ortaqları siyahısına daxil edilib.

Səbəb kimi Paşinyanın “Ukraynaya qarşı humanitar təcavüz aktlarında iştirakı” və “Rusiya təcavüzünə açıq bəraət qazandırması” göstərilir.

Bundan əvvəl Kremlin himayədarı Vardanyan "Sülhməramlılar" bazasına əlavə edilib.

Məlumata görə, o, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi siyahıda yer alıb.