Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vardanyan aclıq aksiyasını dayandırır

Qarabağdakı keçmiş separatçı rejimin "dövlət naziri" Ruben Vardanyanın aclığı dayandırdığı bildirilir. AzadlıqRadiosunun erməni xidməti onun ailəsi ilə telefon söhbətində bu barədə məlumat verdiyini yazır.

Vardanyan keçirilən məhkəmənin ədalətsiz olduğunu iddia edib, aksiyasının məqsədinin “təkcə etirazın ifadəsi deyildi, həm də duruma diqqət çəkmək vasitəsi olduğunu” bildirib.

"Aclıq aksiyası elan etməkdə bir neçə məqsədim var idi. Real deyil, formal məhkəmənin getdiyini göstərmək idi. Burada təkcə məni deyil, bütün erməniləri və dövlətin özünü mühakimə etdiklərini göstərmək idi. Artsaxdan (ermənilər Qarabağa belə deyirlər) getməyib, qalmaq istəyənlərin hansı bədəli ödəməli olacağını göstərmək idi", – Vardanyan vurğulayıb.