Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Vaqner”in başçısı şikayətləndi: “Telefonlarımı kəsiblər”

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya hakimiyyət orqanları ilə xüsusi rabit’ əlaqəsinin kəsilməsindən şikayətlənib.


Pressklub.az xəbər verir ki, bu barədə Priqojinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, rabitənin kəsilməsinə onun muzdlulara mərmi verilməsi barədə çoxsaylı xahişləri səbəb olub.


"Sursat istəməyi dayandırmaq üçün bütün idarə və şöbələrdəki bütün xüsusi telefonları söndürüblər, həmçinin qərarların qəbuluna cavabdeh olan qurumlara girişimi ləğv ediblər".


Vaqnerin təsisçisi onu da bildirib ki, indi əlavə mərmi tədarükü üçün yalnız media vasitəsilə xahiş etmək imkanı var, elə bunu da etməyi planlaşdırır.