Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ukraynaya təyyarə verməyə hazırıq" - İki ölkə niyyətini açıqlaqdı

Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərməyə hazır olduqlarını açıqlayıblar.

Slovakiyanın müdafiə naziri Yaroslav Nad sosial media hesabında etdiyi paylaşımda ölkəsinin Ukraynaya Miq-29 tipli döyüş təyyarələri göndərmək barədə qərar verməsinin vaxtının gəldiyini yazıb.

“Ukraynada insanlar ölür. Döyüş təyyarələri həqiqətən kömək edə bilər”, - Nad qeyd edib.









Nazir Nad bu gün İsveçdə polşalı həmkarı Mariusz Blaszczak ilə görüşdə Ukraynaya Miq-29 döyüş təyyarələrinin göndərilməsi üçün birgə prosesdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib.





Həmçinin Polşa Müdafiə Nazirliyi bununla bağlı “Associated Press” agentliyinə məlumat verib:

“Biz beynəlxalq koalisiyanın tərkibində Miq-29 qırıcı təyyarələrimizi Ukraynaya təhvil verməyə hazırıq”.