Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynaya təyyarə verək! - Britaniya XİN rəhbəri müttəfiqlərə müraciət etdi

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass müttəfiqlərə müraciət edib.

UNIAN xəbər verir ki, o, tərəfdaşlarını Ukraynaya döyüş təyyarəsi göndərməyə çağırıb.

“Putinin qələbəsi həm Avropada, həm də dünyada ağır nəticələrə səbəb olacaq. Ona görə də biz Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Biz Ukraynanı ağır silahlar, tanklar, təyyarələrlə təmin etməliyik”, - o bildirib.