Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynaya təcavüzün 100-cü günü: Vatikandan GÜMÜŞ JEST

Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxıb.

Bu barədə Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bu sadəcə, bir simvol deyil, bu, Ukraynaya dəstək üçün əsl jestdir: Rusiyanın Ukraynaya təcavüzünün 100-cü günündə Vatikanın Filateliya və Numizmatika İdarəsi Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxdı”, - deyə o bildirib.

Yuraş əlavə edib ki, sikkənin satışından əldə olunan gəlir (hər biri 50 avro dəyərində) Ukraynaya kömək üçün istifadə olunacaq.