Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ukraynaya dəstəkdən imtina üçüncü dünya müharibəsinə səbəb olacaq" - Zelenski

Ukraynaya dəstək verməkdən imtina üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Rusiyanın onun ölkəsinə genişmiqyaslı hücum etməsinin 1 illiyi ilə bağlı mətbuat konfransında bildirib.

“Beynəlxalq tərəfdaşlar savaşda Ukraynaya fəal dəstəyi azaltsalar, bu, üçüncü dünya müharibəsinə gətirib çıxaracaq. Çünki Rusiya daha sonra digər ölkələri işğal etmək üçün NATO ölkələrinə hücum edəcək”, - o əlavə edib.