Ukraynanın yeni taktikası: Krımı Xesonla birləşdirən körpü vuruldu
22 İyun 2023
Ukrayna ordusu ötən gecə Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib.
Bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqramda yazıb.
Onun sözlərinə görə, itki yoxdur.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Rusiya Xerson vilayətini işğal edəndən sonra vilayətə qondarma qubernator təyin etdiyi Vladimir Saldonun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti ilə Krım arasındakı inzibati sərhəddəki körpülərə zərbələr endirmək üçün Böyük Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə edib. Həmin raketləri Kiyevə London verib.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bir neçə gün əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırır. O deyib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək: “Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək.
Xatırladaq ki, Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.
***
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşinko Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünün vurulmasına münasibət bildirib.
O, tviterdə yazıb ki, hazırda körpü bağlıdır.
Müşavirin sözlərinə görə, körpü mühüm logistik əhəmiyyət daşıyır: “Çünki onlar bu yolla Ukraynanın müvəqqəti işğal olunmuş hissəsinə hərbi yük daşıyırdılar”.