Ukraynanın tarixi şəhərində küçələrdən birinə Azərbaycan adının verilməsi nəzərdə tutulur
04 Noyabr 2021
"Ukraynanın qədim və turizm şəhəri Roqatində Azərbaycan adlı küçə açıla bilər".
Bunu şəhərin meri Sergey Nasalik bildirib.
O deyib ki, bu barədə düşünürük və bu, Ukrayna-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə töhfə verəcək.
S.Nasalik həmçinin qeyd edib ki, onlar Roqatin ilə Azərbaycanın ötən il işğaldan azad edilmiş qədim və turizm şəhərlərindən biri ilə qardaşlaşması barədə təklif verməyə də hazırdırlar.
Qeyd edək ki, hazırda İvano-Franskovsk vilayəti ərazisində yerləşən Roqatin şəhərinin 1200-dən çox yaşı var və Karpat dağlarının ətəyində qərbi Ukraynanın turizm ərazilərindəndir. Osmanlı Sultanı Süleyman Qanuninin ukaynalı xanımı Haseki Hürrəm Sultan (Roksalana) bu şəhərdə doğulub və böyüyüb.