Ukraynanın suverenliyini dəstəklədi və... "işdən ayrıldı"
28 Aprel 2022
Özbəkistanın Xarici işlər naziri Əbdüləziz Komilov Ukraynanın ərazi bütövlüyünün açıq dəstəkləyəndən bir neçə həftə sonra işdən ayrılıb.
Prezidentin sözçüsü Şerzod Asadov aprelin 27-də deyib ki, Komilov başqa vəzifəyə keçib – Prezident yanında Təhlükəsizlik Şurasının katib müavini postunda çalışacaq.
Vladimir Norov xarici işlər nazirinin birinci müavini təyin olunub, həm də xarici işlər nazirinin vəzifələrini icra edəcək, Asadov belə deyib. Norov 2006-2010-cu illərdə Özbəkistanın xarici işlər naziri olub.
Komilov separatçıları tanımadıqlarını deyirdi
Komilov martın 17-də parlamentdə çıxışında deyib ki, Özbəkistan Ukraynanın şərqindəki Donbas regionunda separatçıların “Donetsk Xalq Respublikası” və “Luhansk Xalq Respublikası” adlı qondarma qurumlarını tanımır. O, Özbəkistanın müttəfiqi hesab edilən Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsini “sülh yoluyla həll etməyə” çağırıb.
Bundan sonra Komilov ictimaiyyət arasında görünməyib.
“Əvvəla, hərbi hərəkətlər və zorakılıq dayandırılmalıdır. Özbəkistan Respublikası Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Biz Luhansk və Donetsk respublikalarını tanımırıq”, – deyən Komilov ölkəsinin həm Ukrayna, həm də Rusiya ilə tarixi əlaqələri olduğunu vurğulamışdı.
Çıxışdan 4 gün sonra...
Komilov onu da qeyd edib ki, Daşkənd Ukraynaya təcavüzdən sonra Rusiyanın tətbiq olunan beynəlxalq sanksiyaların Özbəkistan iqtisadiyyatına mümkün təsirlərini önləməyin yolları üzərində işləyir.
Bu çıxışdan dörd gün sonra Kremlin yaydığı məlumatda Rusiya Prezidenti Vladimir Putinin özbəkistanlı həmkarı Şavkat Mirziyoevlə Ukraynadakı vəziyyəti müzakirə etdiyi deyilirdi. Qeyd olunurdu ki, Özbəkistan prezidenti Ukraynada “Rusiya tərəfinin mövqeyini və hərəkətlərini anladığını” bildirib.
Özbəkistanın Xarici İşlər Nazirliyi martın 29-da Komilovun bir həftədən çox ictimaiyyət arasında görünməməsini onun Daşkənddə “xroniki xəstəlik”dən müalicə olunması, daha sonra əlavə müalicə üçün bir xarici ölkəyə aparılması ilə izah edirdi. (Azadlıq Radiosu)