Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın Almaniyadan istəyi

Ukrayna Almaniyadan "Taurus" uzaqmənzilli raket istəyib.

Pressklub.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi bildirib.

"Son günlərdə Ukrayna tərəfindən bununla bağlı sorğu almışıq", Nazirlik sözçüsü əlavə təfərrüat vermədən deyib.

Almaniya-İsveç birgə müəssisəsi "Taurus Systems" tərəfindən istehsal olunan bu raketlər 500 kilometrdən çox məsafədəki obyektlərə zərbə endirməyə imkan verir.