Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynadan vacib qələbə: Hələlik futbol meydanında - VİDEO

Şotlandiya və Ukrayna milliləri arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib.

Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan qarşılaşma Ukraynanın 3:1 hesablı qələbəsi ilə bitib.

Komandanın ilk qollarını 33-cü dəqiqədə Andrey Yarmolenko, 49-cu dəqiqədə isə Roman Yaremçuk vurub. 79-cu dəqiqədə Kallum Makqreqor fərqi azaltsa da, meydan sahiblərinin bundan artığına gücü çatmayıb. Əvəzində, 90+5-ci dəqiqədə Artyom Dovbik fərqlənərək görüşdə son nöqtəni qoyub.

Ukrayna finalda Uels seçməsi ilə üz-üzə gələcək. İyunun 5-də Kardiffdə baş tutacaq matç mundiala sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.