Ukraynadan qaçırılan kombayn Çeçenistanda bloklandı: söküb satdılar...
03 May 2022
Rusiya ordusunun hərbçiləri Ukraynadan 5 milyon dollarlıq kənd təsərrüfatı texnikasını qənimət kimi aparıb.
Metropoldan Almaniya istehsalı olan iki kombayn oğurlanaraq Çeçenistana aparılıb.
Texnikanın hər birinin dəyəri 300 min dollardan yuxarıdır. Lakin çeçenlər texnikanı işə sala bilməyiblər.
Məlum olub ki, Ukrayna fermerləri maşınları "gprs" siqnalı fasitəsi ilə məsafədən bloklayıb.
Metropolla həmin kəndin məsafəsi 1100 kilometrdir. Son çarə olaraq, kombaynlar sökülərək satışa çıxarılıb. / lent.az