Ukraynadakı yeni səfirimiz kimdir?
25 May 2023
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Seymur Mərdəliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, 2000-ci ildə bitirib. Həmin il eyniadlı fakültənin magistr dərəcəsini qazanıb.
2000-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Çoxtərəfli humanitar problemlər idarəsinin referenti vəzifəsində əmək fəaliyyətinə başlayıb.
2004-2007-ci illərdə Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin attaşesi, üçüncü və ikinci katibi vəzifələrində çalışıb.
2009-2013-cü illərdə Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyinin birinci katibi və müşaviri vəzifələrində çalışıb.
2013-2017-ci illərdə isə XİN-in İnsan hüquqları, demokratikləşdirmə və humanitar problemlər idarəsində şöbə müdiri və rəis müavini vəzifələrində işləyib.
2017-2019-cu illərdə ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin müşaviri vəzifəsində çalışıb. 2019-cu ildən daimi nümayəndənin müavini vəzifəsində işləyib.
İngilis, rus, fransız və türk dillərini bilir.
Evlidir, bir oğlu var. (Qafqazinfo)