Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada yaxınlarını itirən rusiyalılar - Onlar hələ də müharibə cinayəti iddialarına inanmırlar


Stavropol qəbiristanlığındakı yeni qəbirlərin üstünə rəngarəng güllər qoyulub. Taxtadan düzəldilmiş xaçlara onların həm şəkilləri, həm də adları və ölüm tarixləri qeyd olunmuş löhvələr vurulub.





Ölüm tarixləri 24 fevraldan sonrakı dövrə aiddir. Bu, Rusiya prezidenti Vladimir Putinin Ukraynada "xüsusi hərbi əməliyyat" başlatdığı tarixdir.





Qəbiristanlıqda Sergey Tısyaçnı adlı paraşütçü zabitin məzarına qırmızı qərənfillər qoyan Dmitriylə tanış oluram.





"Sergey həm mənim, həm də uşaqlarımın ikinci atası kimiydi. Onu sevirik, ona sayğı duyuruq, ona yas saxlayırıq",- Dmitri belə deyir.




Ukraynada baş verənlərin fonunda bir Rusiya hərbçisinin ünvanına deyilən bu təriflər qəribə səslənir.





Kreml Ukraynaya hücumun vacib və doğru olmasında israrlıdır. Amma Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres bu hücumu "BMT nizamnaməsini pozan işğal" adlandırıb.





Ukraynadakı dəhşətli görüntülər və Rusiyanın hərbi cinayətlər törətdiyinə dair iddialar beynəlxalq miqyasda hiddət doğurur.





Dmitri rusiyalı əsgərlərin bəzilərinə qarşı irəli sürülən hərbi cinayət iddiasını rədd edir:





"Mən bu saxta xəbərlərə inanmıram. Heç vaxt inanmayacam. Komandirim Sergey bizə necə davranacağımızı öyrədib. Mən yoldaşlarıma və ordumuza güvənirəm. Heç vaxt belə şeylər etməzlər".





Ona araşdırmaların davam etdiyini xatırladıram:





"Sənə cinayətlərlə bağlı konkret sübutlar göstərsəydilər necə, inanardınmı?"





"Əminəm ki, heç bur sübut tapılmayacaq. Əminəm", - Dmitrinin cavabı belə olur.





Rusiyanın haqlı (Qərbin isə haqsız) olmasıyla bağlı bu qəti qənaət Rusiya dövlət mediasının uzun illər oxşar mesajlar verməsinin nəticəsidir.





Rusiyalılar onların ölkəsində xaos yaratmaq istəyən düşmənlərlə əhatə olunmuş qalada yaşayırlar - Kreml televiziyadan ölkə vətəndaşlarını bu fikrə inandırmaq üçün istifadə edir.





Putinin media monopoliyası ölkədə çoxlarını inandırıb ki, rusiyalılar Ukraynada "nasistlərlə", "neonasistlərlə" və "ultra-millətçilərlə" mübarizə aparırlar və "Ukraynanı faşizmdən xilas edirlər". Nəticə etibarilə Ukrayna hadisələri ətrafında paralel reallıq yaradılıb.





Rusiyada bütün müstəqil xəbər agentlikləri bağlandığı və ya bloklandığı üçün alternativ fikirlərə çıxış getdikcə çətinləşir.





Sergey Tısyaçnının dul qalmış həyat yoldaşı Ladayla Stavropolun mərkəzində görüşdük.





O, ərinin ölüm xəbərin eşidəndə buna inanmaq istəmədiyini deyir:





"Hələ də tam olaraq inanmıram".





Lada rusiyalı əsgərlərin vəhşi cinayətlər törətdiklərinə də inanmır:





"Bütün dünyanın bizə qarşı olduğunu bilirəm. Rusiyanı hər şeydə günahlandıra bilərlər".





Əslində, Rusiya hər şeydə Qərbi və Qərb jurnalistlərini ittiham edə bilir.





Stavropolda biz təkcə xəbər hazırlamadıq, həm də özümüz xəbər olduq.





Məşhur bir yerli xəbər saytı BBC əməkdaşlarının səfəriylə bağlı xəbər yaydı. Həmin materialda mənim və operatorumuzun Ladadan müsahibə götürərkən çəkilmiş şəklimiz var.





Xəbərdən sitat: "Yenicə dul qalmış stavropollu qadın ərinin ölümünə şərik olan bir ölkənin jurnalistləriylə söhbət edərkən onun nələr hiss etdiyini təsəvvür etmək çətin deyil".





Britaniyanı rusiyalı əsgərlərin Ukraynadakı ölümüylə əlaqələndirmək cəhdi Qərb jurnalistlərinin Rusiyada getdikcə daha çox düşmən kimi qələmə verildiyini ortaya qoyur.





Eyni zamanda, Ukraynada baş verən dəhşətlərə görə məsuliyyət daşıyacaq "günah keçiləri"nin axtarışı prosesinin davam etdiyini də...