Ukraynada daha bir futbolçu müharibədə ölüb
19 Mart 2022
Ukraynanın həvəskar liqasında çıxış edən "Sluç" klubunun futbolçusu Boqdan Semençuk dünyasını dəyişib.
Bu barədə Rivne Regional Futbol Assosiasiyası məlumat yayıb.
Ölkəsinin müdafiəsi üçün könüllü müharibəyə qoşulan Semençuk Kiyev yaxınlığındakı döyüşdə vəfat edib.
Qeyd edək ki, daha əvvəl "Qostomel" klubundan Dmitri Martinenko, "Karpati" (Lvov) komandasından Vitali Sapilo müharibədə həlak olub. (Report)