Ukraynada altı jurnalist öldürülüb
21 Mart 2022
Dünyada jurnalistlərin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün məqsədilə fəaliyyət göstərən və mərkəzi qərargahı Cenevrədə yerləşən “Press Emblem Campaign” (PEC) şirkəti Rusiya-Ukrayna müharibəsinin bölgədəki jurnalistlərə təsiri ilə bağlı hesabatını dərc edib.
Məlumata görə, Ukrayna mediası münaqişələrin intensiv olduğu bölgələrdə ofislərini bağlayıb. Əksər media nümayəndələri təhlükəsizliklərini təmin etmək üçün qoruyucu vasitələr və ya ilkin yardım dəstləri əldə ediblər.
Hesabata əsasən, Ukraynada 3000-ə yaxın xarici jurnalist çalışarkən, onlardan altısı həyatını itirib.
Həmçinin, ölkədəki müharibədə səkkiz xarici jurnalistin yaralandığı, iki jurnalistin isə rusiyalı hərbçilər tərəfindən qaçırıldığı bildirilib.