Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml cavab verdi: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır

Moskva Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə dialoq qurmaq istəyini alqışlayır, lakin hələlik görüş üçün konkret plan yoxdur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri arasında dialoq üçün ilkin şərtlər tələb olunmur, liderlərin qarşılıqlı istəyi lazımdır.

Peskov bildirib ki, Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır, bunun üçün ABŞ-nin siyasi iradəsi lazımdır.

Qeyd edək ki, Tramp Florida ştatında çıxışında Putinin onunla görüşmək istədiyini və bu görüşə hazırlıq getdiyini söyləyib.