Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
07 Yanvar 2026
Ukrayna, Fransa və Böyük Britaniya Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın müdafiəsi, bərpası və strateji dayanıqlığına dəstək məqsədilə çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə niyyət bəyannaməsi imzalayıb.
Sənəd Parisdə keçirilən "istəklilər koalisiyası"nın görüşünün nəticələrinə əsasən imzalanıb.
Bəyannaməni Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb.
Qeyd edək ki, bundan əvvəl “İstəyənlər koalisiyası” sammitinin bəyannamə layihəsinin ilkin versiyası yayılıb.
Bəyannamə layihəsində ABŞ-ın müəyyən öhdəlikləri əks olunub. Belə ki, Rusiya tərəfindən mümkün hücum baş verərsə, ABŞ koalisiyanın Avropa qüvvələrinə dəstək göstərə bilər.
Sənəddə qeyd olunur ki, Ukraynada atəşkəs rejimi qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sisteminin işə salınması nəzərdə tutulur. Bu sistem beş əsas komponenti əhatə edir:
– ABŞ-ın rəhbərliyi ilə atəşkəsin monitorinqi və verifikasiyasında iştirak;
– Ukrayna ordusuna dəstək;
– Ukrayna üçün çoxtərəfli beynəlxalq qüvvələrin yaradılması;
– mümkün gələcək hücum halında öhdəliklər;
– Ukrayna ilə müdafiə əməkdaşlığının dərinləşdirilməsi.
Layihəyə əsasən, atəşkəsin monitorinqi Qərb tərəfdaşları və “İstəklilər koalisiyası” ölkələrinin iştirakı ilə həyata keçiriləcək.
Eyni zamanda mümkün pozuntulara cavab tədbirlərinin müəyyənləşdirilməsi üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır.