Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Ruben Vardanyanı axtarışa verib

Moskvanın xüsusi missiya ilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.

Pressklub.az xəbər verir ki, Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

Qeyd edək ki, bu ilin fevralında Xankəndidəki separatçı tör-töküntülərinin “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirib.