Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Ukrayna Qərbin köməyi ilə qalib gələcək” - Sanna Marin

“Ukrayna Qərbin köməyi ilə qalib gələcək. Ölkənin Avropa İttifaqı və NATO-da parlaq gələcəyi var, çünki Kiyev, islahatlara hazırdır”.

Pressklub.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin bəyan edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və hərbi cinayətləri törədən digər şəxslər məsuliyyətə cəlb olunacaqlar:

“Rusiya bu müharibəni uduzacaq. Bunun məsuliyyəti yalnız Rusiyanın üzərinə düşür. Rusiyada hər gün dinc sakinlər qəsdən öldürülür. Uşaqlar kütləvi şəkildə Rusiyaya deportasiya edilir. Bütün bu hərəkətlərə görə, məsul şəxs də cəzalandırılmalıdır. Rusiya rəhbərliyi, Putin də bundan yaxasını kənara çəkə bilməyəcək”.

O, həmçinin vurğulayıb ki, Rusiya qoşunlarını çıxarsa, Ukraynadakı müharibə başa çatacaq: “Müharibə dondurulmuş münaqişəyə çevrilməməlidir”.